Yerli telekanalların fəaliyyətindəki xoşagəlməz hallar hamıya məlumdur. Bəzi aparıcıların tamaşaçılara vur çatlasın, çal-oynasın təqdim etməklə reytinq əldə etmək istəyi heç kimə sirr deyil.

Minval.info xəbər verir ki, Zaur Baxşəliyev canlı yayımdakı hərəkəti ilə yenə gündəmə gəlib. Belə ki, o, sponsorlarından birini verilişdə əyani olaraq reklam etmək istəyib.

Həmin şəxs aparıcıdan yerə uzanmasını istəyib. O isə insanların dərd-sərini işıqlandırdığı verilişində özünəməxsus maraqlı zarafatının ardınca, sponsorun istəyini gerçəkləşdirib. Zaur Baxşəliyev üzərində əyani reklamı təqdim etdikdən sonra ayağa qalxıb. Aparıcının hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və bunu tənqid edənlər olub.

Xatırladaq ki, daha öncə Zaur Baxşəliyev aparıcılıq etdiyi verilişlərin birində həyat yoldaşının onun belində oturması ilə gündəmə gəlmişdi. O, xeyli insan tərəfindən qınaq obyektinə çevrilmişdi.

Minval.İnfo