CVN internet televiziyasında qalmaqal…

Minval.info xəbər verir ki, ötən gün CVN (Cavan) televiziyasının 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk edib. Buna səbəb baş produser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub. Oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.

Bu barədə jurnalist Günel Xəzəl məlumat verib.

Qeyd edək ki, eyni səbəblərdən daha öncə Azadə Balayeva, Kəmalə Əliiskəndərqızı və Nübar Əbilqızı, Rəbiqə Nazimqızı kimi jurnalistlər də həmin kanalı tərk etmişdi.

Minval.info