Son zamanar həm dünya ulduzları, həm də məşhur türkiyəli müğənnilər paytaxt Bakının və müxtəlif regionlarımızın qonağı olurlar.

Yaxın zamanlarda Türkiyənin sevilən müğənnisi Murat Bozun da Bakıda konsert verəcəyi gözlənilir. Məlumdur ki, əcnəbi ulduzların azərbaycanlı sevənləri ilə görüşməsi heç də ucuza başa gəlmir. Məşhurlar səhnəyə çıxmaq üçün olduqca yüksək qonorarlar tələb edirlər.

Minval.info dünya ulduzlarının Azərbaycanda bir konsertə görə nə qədər pul tələb etdiklərini araşdırıb:

Bengü baku ile ilgili görsel sonucu

Bu vaxta kimi Azərbaycanda verdiyi konsertin müqabilində ən böyük qonorarı Elton Con alıb. O, Bakı səhnəsində çıxış etmək üçün nə az, nə çox 2 milyon avro qonorar tələb edib. Elton Con məhz bu qonorarı aldıqdan və bütün istəklərinin həyata keçiriləcəyinə əmin olduqdan sonra Bakıda konsert vermək təklifini qəbul edib. Dünya ulduzunun tələb etdiyi qonorarla yanaşı, onun konsertində istifadə olunan texniki avadanlıq da bu zamana kimi Bakı səhnəsində qurulan ən bahalı avadanlıq olub. Avropa Oyunlarının açılışında Ledi Qaqanın “İmagine” mahnısını ifa etməsi isə təxminəm 2 milyon avroya başa gəlib.

ledi qaqa baku ile ilgili görsel sonucu

Rusiya səhnəsindən isə ən çox qonorarı Rusiyanın primadonnası Alla Puqaçova istəyib – 110 min avro. Digər rusiyalı sənətçilər də Azərbaycanı yaxşı qazancla tərk ediblər. Dima Bilan 40 min avro, Valeri Meladze 25 min avro, Anjelika Varum və Leonid Aqutin 25 min avro, “Lyube” qrupu 20 min avro, “Tatu” və “A studio” qrupları 15 min avro, Lolita 15 min avro, “Na-Na” qrupu isə 10 min dollar qonorar alıb.

Elton John ile ilgili görsel sonucu

Türk estradasından isə ən çox qonorar tələb edən nümayəndəsi meqastar Tarkandır. O, daha öncəki konsertlərində 200 min avro alsa da, F1 çərçivəsində Bakı Bulvarında verdiyi konsert üçün meqastara 500 min avro ödənib. Sezen Aksu və Ajda Pekkan Bakıda bir günlük konsertləri üçün 100 min avro qonorar alıblar. Bakıda konsert proqramı ilə çıxış edən Kənan Doğulu 60 min avro, Gülbən Ərgən 50 min dollar, Kibariyyə 30 min avro, Alişan 30 min dollar, Fərhad Köçər  30 min avro, Bengü 20 min avro, Kerem Cem 20 min avro qonorar tələb ediblər və arzuladıqları məbləğdə pulu da alıblar.

2017-ci ili qarşılamaq üçün Bakı Olimpiya Stadionunda 2 saatlıq səhnəyə çıxması üçün Hadisəyə nə az, nə çox 251 min manat ödənib. Dekabrdakı Bakı konsertinə hazırlaşan Murad Boz isə daha əvvəl 20 min avroya razılaşıb Bakı səhnəsinə çıxmışdı, ancaq bu dəfə Bozun qonorarının daha yüksək olacağı gözlənilir.

Minval.info