İyunun 8-də keçirilən hərraclarda Azərbaycan neftinin qiyməti bahalaşıb.

Minval.info-nun məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,89 dollar və ya 2,48% artaraq 78,02 dollar təşkil edib.

Dünya birjalarında Brent və neftin WTI markalı neftin qiymətləri isə müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin bir bareli 0,08 dollar və ya 0,12% artaraq 66,03 dollara satılıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin bir barelinin dəyəri isə 0,08 dollar ya 0,10% azalaraq 77,24 dollar olub.