Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Minval.İnfo AFFA-ya istinadən xəbər verir ki, bu posta xorvatyalı mütəxəssis Nikola Yurçeviç təyin
Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin “Dinamo” (Zaqreb) komandasında başlayıb.

O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 – 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb “Dinamo”sunun baş məşqçisi olub.