Futzal üzrə Azərbaycan yığmasının və “Araz”ın üzvü Everton Kardoso (Qallo) karyerasını İspaniyada davam etdirəcək.

Bu haqda futzalçı özü məlumat verib. Belə ki, “Araz”la müqaviləsi may ayında başa çatan Qallo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19-cu il mövsümünü bu komandanın heyətində keçirəcək.

“Gələn mövsümdə “Levante”də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm”, yazan Qallonun gedişini klubdan da təsdiqləyiblər.

Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qallo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. Klubunu dəyişən “13” nömrə Azərbaycan millisindəki karyerasını davam etdirəcək.(Yenicag.az)

Minval.info