Avro-2020-nın seçmə mərhələsi çərçivəsində ötən gün milli komandamızın açıq məşqi və mətbuat konfransı keçirilib.

Minval.info xəbər verir ki,Baş məşqçi Nikola Yurçeviç və futbolçu Qara Qarayev media nümayəndələri qarşısına çıxıb.

Nikola Yurçeviç bunları qeyd edib ki, sabahkı görüş olduqca vacibdir: “3 həftədir, birlikdəyik ab-hava yaxşıdır, sabah yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq”.

Bu gün saat 20:00-da, “Bakcell Arena”da Azərbaycan və Macarıstan milli komandaları qarşılaşacaq.

Qeyd edək ki, 8000-ə yaxın bilet satılıb. Niderlanddan olan hakimlər briqadasının idarə edəcəyi oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.

Bu gün saat 20:00: Azərbaycan – Macarıstan
Baş hakim: Kevin Blom
Baş hakimin köməkçiləri: Bas van Dongen, Johan Balder
Dördüncü hakim: Serdar Gözübüyük

Görüş CBC Sport kanalı ilə canlı yayımlanacaq


Müəllif: Ağa Dadaşzadə
Fotolar:Mircəlal Yaqubov