Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9,218 mln. ABŞ dolları dəyərində 1,798 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 658 min dollar (6,7%) azdır, həcm baxımından isə 92 ton (5,4%) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,4%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.