Azərbaycan hakimi “Latsio” – “Apollon” oyununu idarə edəcək.

Minval.info-nun verdiyi məlumata görə, FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Latsio” (Roma, İtaliya) – “Apollon” (Limassol, Kipr) oyununa təyinat alıb.

Ə.Ağayevin köməkçiləri Zeynal Zeynalov, Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov, Orxan Məmmədov, dördüncü hakim isə Mübariz Haşımov olacaq.

Oyun sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək.