Azərbaycan Premyer Liqasında əcnəbi hakim peyda olub.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, söhbət türkiyəli ədalət təmsilçisi Mehmet Güngördən gedir.
O, Bakıda yaşayacağı bir il ərzində Azərbaycanda hakimlik edəcək. Lakin o əvvəlcə I divizionda nəyə qadir olduğunu göstərəcək.
Qeyd edək ki, Mehmet Güngör indiyədək Türkiyə I divizionunda cəmi bir dəfə oyun idarə edib. Bu, 2016-cı ilin fevralında “Şanlıurfaspor”la “Samsunspor” arasında keçirilən qarşılaşma olub.
Bundan başqa, həmin il onun aşağı dəstədə “İhsaniyəspor” – “Gəbzə Kiraz Pınarspor” matçında meydan sahiblərinin xeyrinə çıxardığı şübhəli qərarlardan ötrü İntizam Komitəsi tərəfindən cəzalandırılıb və o, həvəskarlar liqasına göndərilib.