“Maşın” realiti-şousunda aparıcı Aytən Səfərova həmkarı Mətanət Əliverdiyevaya barışıq əlini uzadıb.

Minval.info xəbər ki, Murad Dadaşov Aytənə Mətanətlə bağlı sual verib. Aytən isə cavabında həmkarı ilə bundan sonra daha yaxın olacaqlarını deyib:

“Çünki dünənki və bundan əvvəlki oyun bizə çox şey göstərdi. “Maşın” şou doğrudan da çox böyük bir iş gördü. İki həmkarın, iki qadının arasında siz böyük bağlar yaratdınız. Buna görə mən sizə şəxsən təşəkkür edirəm. Əksinə, Mətanətlə biz bundan sonra daha yaxın olmağa çalışacağıq”.

Minval.info