Ötən gün “Space” televiziyasından ayrıldığını açıqlayan aktrisa-aparıcı Aysel Nazimin yeni iş yeri məlum olub. Aparıcı ATV-də işə başlayıb, o, artıq hava proqnozunu təqdim edir.

Minval.info-ya yeni işi haqqında danışan Aysel iki veriliş təqdim edəcəyini deyib: “Space”dən dostcasına ayrıldım. ATV-dən təklif gəldi, sevə-sevə qəbul etdim. Hazırda hava proqramını təqdim edirəm. Yeni mövsümdən isə yeni verilişlə tamaşaçıların görüşünə gələcəyəm”.

Qeyd edək ki, Aysel illər öncə ATV-də idman xəbərlərinin aparıcısı olub. Daha sonra “Xəzər” və “Space” televiziyasında çalışıb.

Son olaraq “Aysellə kokteyl”, “İdman hamı üçün“ və hava proqnozunu təqdim edib.