“Ayrılsak da beraberiz” serialının məşhur cütlüyü Hakan Yılmaz ilə Janset Paçal illər sonra bir araya gəlib.

Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevilən serialın baş rol ifaçıları birlikdə çəkilən fotolarını sosial şəbəkədə paylaşıb və  “Canım dostum. İllər, illər sonra birlikdə” şərhini yazıb.

Uzun müddətdir, ekranlardan uzaq gəzən aktrisanın xarici görünüşündəki dəyişiklik diqqətdən qaçmayıb.

Qeyd edək ki, məşhur ikili serialdan sonra da bir neçə layihədə birlikdə çalışıb.