Ayı ilə selfi çəkmək istəyərkən xəstəxanalıq oldu – VİDEO

Dəhşətli kadrlar bir nəfərin ayıya yaxınlaşaraq selfi çəkməyə çalışmasından sonra ortaya çıxıb.

Minval.İnfo “Dailymail”-ə istinadən xəbər verir ki, dəhşətli hadisə Hindistanda baş verib.

Adı bilinməyən şəxs vəhşi ayı ilə şəkil çəkdirməyə çalışıb və bu zaman ayının hücumuna məruz qalıb.

Digər insanlar həmin şəxsi xilas etmək üçün ayıya hücum çəkib və istədiklərinə nail olub. Lakin bununla da yetinməyib ayını ölənə qədər döyüblər.

Kadrların sonunda insan çaşbaş qalır ki, görən kimdir vəhşi: Ayı, yoxsa insanlar?