Xalq artisti Aygün Kazımova hamam xalatında foto paylaşıb.

Dərgi.az-ın məlumatına görə, müğənni “İnstaqram” səhifəsində yerləşdirdiyi şəklində saç düzümü etdirir. Burada diqqət çəkən məqam isə masa üzərində olan enerji içkilərinin hər fotoda mütləq şəkildə göstərilməsidir.

Enerji içkisinin hər fotoda qəsdən kadra salınması təbii ki, təsadüfi deyil. Xalq artisti gizli reklamla məşğuldur. Bu fotolar yeri mətbuatda yetərincə işıqlandırıldı və demək olar ki, heç kim bu reklamın fərqinə varmadı.

Qeyd edək ki, hamam xalatında bundan əvvəl əməkdar artist Tünzalə Ağayeva, müğənni Dilarə Kazımova, Kərim Abbasov da şəkil paylaşıb. Xalq artisti də guya bu sıraya qatılırmış kimi davranıb və hər kəsi aldadıb. Məqsəd isə enerji içkisinin reklamı olub.