Tatarstanın Yelabuqa şəhərində assenizator avtomobili yerin təkinə batıb. Sürücü kabinanı tərk etməyə macal tapıb.

Minval.İnfo xəbər verir ki, yük maşını kanalizasiya nasos stansiyasına düşüb. Stansiyanın üzərindəki beton təbəqə tərpənib, nəticədə avtomobil quyuya düşüb.

Sürücü heç bir xəsarət almayıb. Avtomobili quyudan məxsus olduğu müəssisə çıxaracaq.

Minval.İnfo