Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciətlər daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Minval.info xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “İsuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.