Avtomobil almaq istəyən Cavid Tünzaləyə söz atdı:

ATV-də yayımlanan “Bizimləsən” verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyası bir çoxlarının qınaq obyektinə çevrilib.

Bu dəfə aparıcı Cavid Gül İnstaqram hesabında paylaşımı ilə aktrisaya söz atıb.

O, səhifəsində bahalı avtomobil şəkli yerləşdirərək, “İstəyirəm mən də son günlərin trendinə qoşulum. İmkan daxilində ilkin ödəniş edim, görəsən, qalanını da ağlayıb yığaram?” qeydini yazıb.

Cavidin hesabında yazdığı status müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun bu addımını alqışlasalar da, bəziəri isə aparıcıya bu sözləri yaraşdırmadıqlarını yazıblar. (Axşam.az)