Avstriyanın kansleri Sebastyan Kurtz öz “Twitter” hesabında hökumətin Türk islam ittifaqına üzv olan 40 imamı ölkədən deportasiya etməyi qərara aldığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.

Kanslerin sözlərinə görə, bu qərar həmin təşkilatın dini qurumların və dini rəhbərlərin ölkə xaricindən maliyyələşməsinə qoyulan qadağaya məhəl qoymaması ilə əlaqədardır.

Kurs həmçinin bildirib ki, Avstriya ölkədə paralel cəmiyyətlərin formalaşmasına qarşı mübarizəni bundan sonra da davam etdirəcək. O, belə ölçülərin gələcəkdə də qəbul oluna biləcəyini istisna etməyib.

Minval.İnfo