Barselonanın yaxınlığında yerləşən Katalon L’Ametlla del Valles qəsəbəsinin qadınları çimərliyə gedərkən alt geyimi olmadan da istirahət edə biləcəklər.

Yenicag.az xəbər verir ki, qəsəbənin qadınları keçirilən referenduma qatılaraq məlum məsələ ilə bağlı qadağanı aradan qaldırıblar.

Qəsəbə bələdiyyəsinin keçirdiyi referendumda 16 yaşından yuxarı 379 qadın iştirak edib. Onlardan 61 faizi qadağanın aradan qaldırılamasına səs verib.