“Atletiko”dan ayrılan Antoine Qrizmannın oynayacağı klub açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Madrid klubunun icraçı direktoru Angel Gil Marin açıqlama verib.

Klub rəsmisi bildirib ki, fransız ulduz “Barselona”ya keçəcək. Onun sözlərinə görə, artıq klublar arasında anlaşma əldə olunub: “Mart ayından Qrizmannın “Barselona”ya gedəcəyini bilirdik”.

İspaniya mətbuatının məlumatına görə, “Barselona” 28 yaşlı futbolçu üçün 200 milyon avro xərcləyəcək.

Qeyd edək ki, Qrizmann “Atletiko”da keçirdiyi 5 mövsümdə 256 oyun keçirərək 133 qol vurub və 30 məhsuldar ötürmə edib. O, komandanın heyətində Avropa Liqasının, UEFA Super Kubokunu və İspaniya Super Kubokunu qazanıb.