Futbol üzrə Venesuela çempionatında çox maraqlı hadisə baş verib. Rəqib komandanın qapısına qol vuran futbolçu ağlayıb.

Minval.info bizimyol.info-ya istinadən xəbər verir ki, “Deportivo Taçira”da oynayan Cankarlo Maldonado qoldan sonra göz yaşlarını saxlaya bilməyib. İş orasındadır ki, hücumçu topu atasının baş məşqçi olduğu komandanın qapısından keçirib. Hesabda irəli olan “Puerto Kabelyo” əsas vaxta əlavə edilmiş dəqiqələrdə qapını qoruya bilməyib. Maldonadonun zərbəsindən sonra hesab bərabərləşib (2:2). Beləcə, hücumçunun atasının komandası son saniyələrdə vacib iki xal itirib.

Xal itkisi “Puerto Kabelyo”ya turnir cədvəlinin ortalarını tərk etməyə imkan verməyib. Bu komanda 19 turdan sonra 11-ci, “Deportivo Taçira” isə 9-cu yerdədir.