Türkiyənin Gaziantep şəhərində imsak zamanı ailə dəhşəti yaşanıb.

Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, psixoloji problemləri olduğu iddia edilən 27 yaşlı gənc ana və atasını imsak vaxtı öldürüb.

Ailəsi ilə mübahisə yaşayan Mehmet Uçar atasını bıçaqladıqdan sonra, mətbəxtə yemək hazırlayan anasının boğazını kəsib. Uçar bir gündən çox vaxtı evdə cəsədlərlə birgə keçirib. Ertəsi gün qonşuluqda yaşayan qadın iftara az qalmış Uçaq ailəsinin qapısını döyüb, gəncdən “Ana və atan çoxdandı görünmürlər” – deyə, soruşub.

Mehmet isə “Onlar yaxşı bir yerdədilər” deyərək, qaçmağa başlayıb. O, atasının maşınına minərək evdən uzaqlaşıb. Psixoloji problemləri olduğunu düşündüyü gəncin cavabından sonra qonşu şübhələnərək polis çağırıb. Polis evə daxil olduqda cəsədlərlə qarşılaşıb. Mehmet Uçar saxlanılsa da, danışmaqdan imtina edib.

Minval.info