Astarada maskalı şəxs evə basqın edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənMinval.İnfo-ya verilən məlumata görə, iyulun 27-də Astara rayonunun Şahağacı kəndində yaşayan Bəhriyyə Mirzəyevanın evinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib oradan 2000 manat və 5000 Rus rublu aparıb.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Rövşən Abdullayev saxlanılıb.