Noyabrın 29-da səhər saat 8 radələrində Astara rayonunun Şuvi və Zəngüləş kəndlərinə canavar hücum çəkib.

Minval.info xəbər verir ki, hadisə zamanı 3-ü məktəbli olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

Minval.info

Görüntünün olası içeriği: bir veya daha fazla kişiGörüntünün olası içeriği: 1 kişi, uyuyor