Argentina millisinin yeni baş məşqçisi müəyyənləşib.

Minval.info-nun Argentina Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, komandanı müvəqqəti olaraq U-20 millisinin baş məşqçisi Lionel Skaloni çalışdıracaq. Ona Pablo Aymar və Martin Takolli kömək edəcəklər. 40 yaşlı mütəxəssis sentyabrda keçiriləcək Qvatemala və Kolumbiya ilə yoxlama görüşlərində komandanın başında olacaq.

Qeyd edək ki,  DÇ-2018-də uğursuz çıxışdan sonra baş məşqçi Xorxe Sampaoli istefaya göndərilib.