Arda Turanın “Başakşəhər”ə transferi baş tutub.

Minval.İnfo xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi açıqlama yayıb.

Klubun rəsmi “Twitter” səhifəsi prezident Göksel Gümüşdağın bu sözlərini yayımlayıb: “Arda Turan bu gün üzərində narıncı formayla vətəninə dönür. Bu sadəcə “Başakşəhər”in deyil, Türkiyənin transferi. Hamımız üçün xeyirli olsun”.

Təbii ki, Ardanı klubun yox, Türkiyənin transferi adlandırmaq olar. Çünki “Başakşəhər” bələdiyyə klubudur, azarkeşlərin forma alışından pul qazanmırlar, ciddi sponsorları yoxdur. Bütün xərclər açıq və gizli şəkildə bələdiyyə tərəfindən ödənilir.

Qeyd edək ki, Arda Turan “Qalatasaray”ın yetirməsidi. İstanbul klubu onu 2011-ci ildə Türkiyə üçün rekord məbləğə – 13 milyon avroya “Atletiko”ya satmışdı. “Barselona” türk futbolçunu 2015-ci ildə 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer edib. O, Kataloniya klubunun heyətində 55 rəsmi oyun keçirib və 15 qol vurub. Arda cari mövsümdə heç bir rəsmi oyuna çıxmayıb.

Minval.İnfo