Arda Turan 12.5 ilini həbsdə keçirə bilər

Məşhur futbolçu Ardan Turan ilə müğənni Berkay Şahin arasında bir neçə gün əvvəl dava baş verib.

“Ölkə.Az” xəbər verir ki, hadisə ilə bağlı iddia ərizəsi hazırlanıb. İddia aktına əsasən Arda Turan üçün 12.5 il həbs cəzası tələb edilib.

Qeyd edək ki, bu gün səhər də Berkayın vəkili Ardanın həbs edilməsi üçün hərəkətə keçəcəyini bildirmişdi.

İddia aktına əsasən, Arda Turan haqqında “cinsi zorakılıq”, “qeyri-qanuni silah gəzdirmə”, “ictimai asayişi pozmaq”, “qəsdən xəsarət yetirmə” maddələri ilə cinayət işi açılıb. Futbolçu üçün prokuror 12.5 il cəza istəyəcək.

Müğənni Berkaya isə “təhqir” cinayəti ilə cinayət işi açılıb. Prokuror Berkay üçün 2 il həbs cəzası istəyəcək”.

Minval.İnfo