Related image“Əməkdaşımız dünən – noyabrın 13-də saat 21.29 dəqiqədə Araz Marketlər şəbəkəsinin Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən mağazasından qatıq alıb. Qatıq xarab çıxıb”.

Bu barədə məlumat verən Bizimyol.info-nun xəbərinə görə, həmin mağazada deyiblər ki, bu, RamSüd firmasının məhsullarıdır. Onu da bildiriblər ki, ilk belə şikayət deyil və o firmadan daha qatıq almayacaqlarını söyləyiblər.

“İndiyə qədər də həmin məhsuldan şikayət olubsa, niyə məhsulunu almaqda davam ediblər? Bu da başqa sualdır. Qida Təhlükəsizliyi Agentliyi hara baxırsa artıq… Bu, xarab çıxan məhsullarla bağlı birinci xəbərimiz deyil. Tədbir görülmür. İstehlakçılara qarşı qida terroru nə zamana qədər davam edəcək, hörmətli Qoşqar Təhməzli və qida sektorunda işləyən sahibkarlar?!” – sayt yazıb.