“Apple” şirkəti keçirdiyi təqdimatda iki yeni “iPhone” nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, “iPhone Xs” və “iPhone Xs Max” smartfonları görünüş baxımından “iPhone X” kimidir.

Yeni “iPhone” üç rəngdə olacaq: ağ, qara və qızılı.

Yeni smartfon diaqonalı 5,8 düym və icazəsi 2436х1125 olan OLED displeyə malikdir.