İlin əvvəllində iki məşhur aparıcı Aysel Nazim ilə Vüsalə Səid arasında qarşıdurmanın yaşandığı barədə məlumat vermişdik.

Belə ki, onlar Türkiyənin məşhur yarışması “Sinemanın Kral və Kraliçesi: II Sinema Güzeli Yarışması”nı Bakıya gətirmək qərarına gəlib. Birlikdə iş qurduqlarını düşünən Aysel Türkiyədə görüşmələr aparıb və hazırlıqlar görüb.

Sonradan isə məlum olub ki, Vüsalə Səid bütün işi öz üzərinə götürüb və onu layihədən uzaqlaşdırıb. Vüsalənin bu addımı həmkarını özündən çıxarıb və yaxın rəfiqələrin dostluğuna son qoyulub.

Bir vaxtlar yaxın rəfiqə olan, hətta birlikdə layihələr etməyə hazırlaşan ikili arasında münasibətlər korlanıb.

Layihənin rəhbəri Atilla Kaplakarslan özəl olaraq minval.info-ya açıqlama verib. O, məsələ ilə bağlı bildirdiyi fikirləri ilə mübahisəyə son qoyub:

“Yarışma üçün iş birlikçimiz Vüsalə xanımdır. Biz V.Səidlə anlaşdıq. Bundan başqa söyləyəcəyimiz bir şey yoxdur”.