Image result for elşin əlibəyli“Müğənnillər aparıcılardan MTRŞ-a şikayət ediblər, xub, bəs biz sizin doğmağınızdan tutmuş boşanmağınız və daha nə cür eybəcərlikləri xəbər kimi yaymağınızdan kimə şikayət edək?”

Minval.info xəbər verir ki, bu sözləri teleaparıcı Elçin Əlibəyli sosial media hesabında bildirib.

O, şou-biznes nümayəndələrini sərt şəkildə tənqid edib və sənətçiləri debata çağırıb:

“Çoxunuz daşıdığınız fəxri adın bir ifadəsinə də düz gəlmirsiniz, nə əxlaqla, nə sənətlə! Aparıcıları savadsız adlandıran müğənniləri açıq debata çağırıram! Məkanı və formanı özləri müəyyən etsinlər. Debat təklifimi qəbul etməyən həmin ifadəni seçən şəxs sözünü geri götürməlidir. Elə etməsə, Hüseyn Arif demişkən, əməllərini aşıqlara deyərəm, eldə yayarlar!”

Xatırladaq ki, bir neçə şou-biznes nümayəndəsi sosial şəbəkə vasitəsilə Milli Televiziya və Radio Şurasına müraciət edərək efirə çıxan aparıcılarla bağlı ölçü götürülməsini tələb ediblər.