“Məni kimsə məni təhqir edə bilməz. Bu məsələ ilə bağlı vəkillərim məşğul olacaq”.

Minval.info xəbər verir ki, bu fikirləri “Space” telekanalında bikinidə etdirdiyi fotosessiyalara görə tənqid edilən aparıcı Humay Muxtarova deyib. H.Muxtarova onu qınayanlara sərt cavab verib:

“Fotolarıma görə məni təhqir edənlər, Azərbaycan mentalitetini qabardanlara sözüm var. Guya mənim geyimin mentalitetə uyğun deyil. Getsinlər, “Tarqovı”da ərəblərə nömrə paylayanlara da baxsınlar. Onları təhqir etsinlər”.

Minval.info