Antalyanın Alaniya rayonunda eyni vaxtda iki ayrı yerdə formalaşan dörd hava burulğanı ətrafdakı insanları qorxuya salıb.

 Minval.İnfo Sfera.az-a istinadən xəbər verir ki, Alanya İncəqum ictimai çimərliyi və Türklər qəsəbəsində sahildən 100 metr məsafədə eyni vaxtda baş verən tornadolar 15 dəqiqə davam edib.
Dənizdə formalaşan hava burulğanı sahilə çatmadan yoxa çıxıb.
Sahildəki onlarla turist bu təbiət həyəcanı qorxu və həyəcanla izləyərkən, digərləri cib telefonlarına çəkiblər.