Bütün ili səbrsizliklə “Jara” festivalını gözləyirdik.

Bu sözləri Oxu.Az-a açıqlamasında rusiyalı ifaçı Anjelika Agurbaş deyib.

Müğənni “Jara” musiqi festivalı barədə danışıb və təriflər yağdırıb:

“Baxın, necə gözəl atmosfer var. Hava möhtəşəmdir. Düşünürəm ki, hamının ürəyində istilik çox böyükdür. Azərbaycanda özümüzü çox komfortlu hiss edirik. Mən Bakını, Azərbaycanı çox sevirəm”, – deyə Anjelika bildirib.

Sənətçi Azərbaycan mətbəxini də sevdiyini dilə gətirib:

“Azərbaycan mətbəxini çox sevirəm. Bakı pomidoru və xiyarı isə ən sevdiyimdir. Burada olanda kökəlməkdən belə qorxmuram. Çünki məhsullarınız o qədər gözəldir ki, kökəlmək mümkün deyil”.

Qeyd edək ki, Anjelika Agurbaş və digər məşhur rus ulduzlarının iştirak etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı bu gün sonuncu günü ilə yekunlaşır.

/