Azərbaycan repinin banilərindən biri hesab olunan Anar Nağılbaz avqustun 4-də dünyasını dəyişdi.

Minval.info xəbər verir ki, mərhum reper ölümündən bir müddət əvvəl, daha dəqiq desək, iyulun 20-də yenicag.az saytının əməkdaşına yazı göndərib. Amma o, Anara “belə yazılar vermirik” söyləyib.

Nağılbaz buna görə jurnalistə narazılığını ifadə edib.

İndi isə həmin əməkdaş “Bilsəydim, ölümünə sayılı günlər qalıb, sözünü yerə salmazdım” deyə peşman olub.

“İndi özümü çox günahkar hiss edirəm”.

Sayt həmin esseni reperin ölümündən sonra dərc edib.