Geridə qoyduğumuz günlərdə Azərbaycan repi ağır itkiyə məruz qaldı.

Bəli, artıq söhbətin Anar Nağılbazdan getdiyini təxmin etdiniz. İlk öncə bu xəbəri yayan müğənni Ceyhun Qala oldu. Onun sosial media üzərindən yaydığı Anar Nağılbazın vəfatı xəbərinə başda özüm olmaqla bir çox şəxs inanmadı. Sonra isə xəbərin sürətlə yayılması, Anarın valideynlərindən alınan məlumatlar informasiyanın dəqiq olduğunu göstərdi. Artıq rep sevənlər Anarın yoxluğu ilə qismən barışmağa başladılar.

Anar kim idi?

Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlmişdir. 1988-ci ildən repə maraq göstərməyə başlamışdır. 1990-cı ildə ilk dəfə Horadizdə “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa etmişdir. 1990-cı ildə isə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaratmışdır. 1992-ci ildə “Canlı klip şou” rep bəstəsini geniş ictimaiyyətə təqdim etmişdir. 1993-cü ildə “Narkodünya” mahnısıyla şöhrət qazanmışdır. Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxmışdır. 1996-cı ildə ilk albomu işıq üzü görmüşdür. Anar gördüyü işlərlə yanaşı gündəmə tez-tez qalmaqallarla gəlirdi. Anarın həmkarları mərhum reper Hüseyn Dərya və Elşad Xose ilə davamlı söz atışmasına çıxması, replərində üstüörtülü bir-birlərinə “söz soxmaları” artıq repi ikinci plana atmışdı. İllər sonra verilişlərin birində Anar bu söz-söhbətlərin hamısının reklam xarakterli olmasını etiraf etmişdi. Daha o zaman bu açıqlaması Anarı bir çoxlarının gözündə dəyərsizləşdirmişdi.

İlgili resimatv nağılbaz ile ilgili görsel sonucu

Anarın şəxsi həyatı

Rep ifaçısı 2 dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Anjelikadan bir qız və bir oğlan övladı var. Həyatının son illərini maddi sıxıntılar içərisində keçirən Anar birinci evliliyini davam etdirə bilmədi. Anjelika xanım iddia edirdi ki, Anar son zamanlar evə çörək pulu belə gətirmir, uşaqların heç bir tələbatını ödəmirdi: “İçkiyə qursanması isə artıq səbr kasamın dolmasına gətirib çıxartdı və ayrılmaq qərarı aldıq”.

Alkoqolizmdən əziyyət çəkən Anarın uşaqları ilə tez-tez görüşməməsi də iddia olunurdu. Reper 2018-ci ilin iyununda isə Aytən adlı xanımla ikinci dəfə ailə qurdu.

anarın xanımı ile ilgili görsel sonucu

Məşhur video və Anarın ölümü

2017-ci ildə Anarın bir video yazısı ölkənin gündəmini dəyişdi. Anarı sevən kütlə həmin şəxsin Anar olmasına inanmaq istəmirdi. Lakin heç bir sevgi həqiqəti dəyişmir. Sözügedən video yayıldıqdan sonra jurnalistlərin qarşısına çıxan reper ağlayaraq bunun bir təxribat olduğunu bildirmişdi. Amma Anarın ağlaması, tutarlı səbəb gətirməməsi onu izləyici və dinləyicilər arasında zəif göstərdi. Həmin anda, rep ifaçısı “Bəli, həmin şəxs mənəm, nə etmişəm, yaxşı etmişəm. Mənim intim həyatımın kimsəyə dəxli yoxdur” dəsəydi bəlkə də hər şey fərqli olardı. Bəlkə də, ölkədə “seks inqiabı” edərdi. Amma Anar belə etmədi və illər əvvəl çəkilmiş bu videonu ortalığa çıxardan şəxslər istəyinə nail oldu. Anar plana uyğun “biabır” edildi.

Ä°lgili resim

Anarı bizmi öldürdük?

Bu sualı sizə vermədən əvvəl özümə verirəm. Anarı mənmi öldürdüm? Cavabı isə sadədir. Bəli, mən öldürdüm. Yox, mən həmin videonu paylaşmadım, reperi məsxərəyə qoyub, tənqid etmədim. Sadəcə, bunu edənlərə bunun doğru olmadığını bildirmədim.

Anarı həmin videoya görə məsxərəyə qoyub, ələ salıb, tənqid edənlər, bilirsinizmi ki, Anar ömrünün son günlərinə kimi gündüz vaxti ictimaiyyət arasına çıxmadı. Axşamdan-axşama kamuflyaj olaraq küçədə görünürdü. Sizin bu münasibətiniz onu ev dustağı etmişdi. Sonda bu qədər əsəb, stress onun xəstəliyini şiddətləndirdi və aramızdan ayrıldı. Bəlkə də, indi çox xoşbəxtdir. Sizdən xilas oldu, məşhur trekindəki “İlahə”sinə qovuşdu

 

Əcəmi Əsədulla / Minval.info