Üzü yanan xanımı makiyaj etməsi böyük səs-küy doğuran stilist Anar Ağakişiyev daha bir maraqlı işini təqdim edib.

Minval.info xəbər verir ki, o, bu dəfə Günay adlı xanımın xarici görünüşünü dəyişdirib. O, həmin xanımın dəyişimini “instagram” hesabında paylaşaraq bunları yazıb:

“Günay xanım yazılacaq şərhlərə görə narahat idi və fotonu paylaşmağımı istəmirdi. Onu güclə razı saldım. Günay başqalarına örnək oldu. Bəzən həyat istədiyimiz kimi getmir, amma biz güclü olmalıyıq”.

Minval.info