Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

“VAZ-2101” markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib.

Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.