Amerikalı vəkil ətraf mühitin çirklənməsinə diqqətin cəlb edilməsi üçün özünü yandırıb.

Bu barədə BBS News məlumat yayıb.

Minval.info saytı  oxu.az-a istinadla xəbər verir ki, 60 yaşlı Devid Bakel Nyu-Yorkda Prospekt-parkda aksiya keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Devid intiharının səbəbini qoyduğu məktubda izah edib. O məktubunu bir neçə təşkilata elektron poçt vasitəsi ilə göndərib.

Bakelin sözlərinə əsasən, o, üzərinə “təbii yanacaq” töküb ki, insanların ekologiyanın qeydinə qalmadıqları zaman nə baş verdiyini göstərsin:

“Çikrlənmə bizim planeti məhv edir, yaşadığımız mühitə hava, torpaq, su və yağıntılar  vasitəsi ilə daxil olur”.