Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni vitse-prezident seçilib.

ONA-nın xəbərinə görə, AMEA-nın bu gün keçirilən ümumi yığıncağında Akademiyanın 58 həqiqi üzvü arasında bununla bağlı gizli səsvermə təşkil edilib.

Səsvermə nəticəsində bu vəzifəyə akademik Rasim Əliquliyev seçilib.

Qeyd edək ki, R. Əliquliyev AMEA-nın akademik-katibi olub.

Xatırladaq ki, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləridir.