“Qarabağ” millimizin oyunçusu Riçard Almeydanı heyətinə cəlb edib.

Bu barədə Minval.info klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir.

Müqavilənin detalları barədə hələ rəsmi məlumat verilmir.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi 2017/18 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılaraq Qazaxıstanın “Astana” klubuna keçmişdi.