Almaniyanın paytaxtı Berlində türk məscidinə mücum olub. AzEuroNews.com xəbər verir ki, “Koca Sinan Cami”sinə səhər saatlarında basqın olub. Məscidin pəncərəsini qıran üzü maskalı şəxslər caminin içinə molotov kokteyli atıblar. Nəticədə məsciddə yanğın baş verib.

Alov qısa zamanda məscidi bürüyüb. Sübh namazı üçün məscidə gələnlər caminin yandığını görüblər. Tez yanğınsöndürənlər və polis çağırılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını ala biliblər.

Hazırda ərazidə Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Məscidi yandıranların müəyyən olunub tutulmas istiqamətində iş aparılır.

3,w=993,q=high,c=0.bild