Almaniyada mayın 22-dən etibarən axtarışda olan və sonra təcavüz edilərək öldürülüb meşəyə atılan 14 yaşındakı Susanna Maria Feldmanın qatili İraqa qaçıb.  AzEuroNews.com xəbər verir ki, iki həftədir axtarılan 14 yaşındakı qızın cəsədi çərşənbə günü tapılıb. Müəyyən edilib ki, ona meşədə təcavüz etdikdən sonra öldürüblər. Susannanın qatil və qatillərinin axtarşı üçün ölkəboyu keçirilən əməliyyat qısa zamanda nəticəsini verib.

Visbaden şəhər polisindən verilən açıqlamaya görə, 14 yaşlı qızın qatili 20 yaşlı İraqdan olan qaçqın Əli Bəşərdir. (Ali Bashar)

O, Almaniyada qaçqınlar üçün nəzərdə tutulan yataqxanada yaşayırmış. Polisin məlumatında bildirilir ki, 14 yaşlı qızı öldürənlər iki nəfər olublar. Onlardan biri tutulub. Digəri – Əli Bəşər isə, saxta pasportla 7 nəfərlik ailəsi ilə Düsseldorfdan İstanbula ordan da Ərbil şəhərinə qaçıb.

Polis hadisə ilə əlqaəsi olan bir Türkiyə vətəndaşını da həbs edib.