Ötən mövsüm “Bavariya”nı çalışdıran və komandaya çempionluq qazandıran Yupp Haynkes Almaniyada ilin məşqçisi seçilib.

Minval.İnfo-nun xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis “Kicker” nəşrinin keçirdiyi ənənəvi sorğunun nəticələrinə əsasən, bütün həmkarlarını qabaqlayaraq, birinci olub. 91 səs toplayan Haynkes məşqçilik karyerasında 4-cü dəfə bu ada layiq görülüb.

İkinci yeri “Şalke”nin baş məşqçisi Domeniko Tedesko tutub. Ötən mövsüm “Ayntraxt”ı çalışdıran və hazırda “Bavariya”nın baş məşqçisi olan Niko Kovaç isə 3-cü olub.