Almaniya Rusiyadan qaz idxalını dayandırmayacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ötən günlərdə ABŞ prezidenti Donald Tramp Almaniyanı “Şimal axını 2” layihəsinə görə tənqid etmiş, rus qazına milyardlarla dollar ödəməkdə və yeni boru xətti inşasını planlaşdırmaqda ittiham etmişdi.

Almaniya Sosial Demokrat Partiyasının baş katibi Andrea Nahles məsələ ilə bağlı açıqlama verərək ölkənin enerji siyasəti ilə əlaqədar razılaşmalardan ABŞ prezidentinin istəyinə görə əl çəkməyəcəklərini deyib.

Qeyd edək ki, ABŞ layihə əleyhinə olduğunu dilə gətirmiş, ABŞ qazını Avropaya satacağını demişdi. “Şimal axını 2” Baltik dənizi boyunca 55 milyard kubmetr potensiala sahib 2 hissəli boru xəttinin inşasını nəzərdə tutur.