“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində səsləndirilən fikirlər gündəmdən düşmür.

Minval.info xəbər verir ki, kadrlar efirə getməsə də proqramda iştirak edən qonaqların işlətdiyi sözlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Verilişə qatılan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun İslam dini haqqında söylədikləri qalmaqal yaradıb.

Belə ki, onun “”Allah yoxdur”, deməkdən qorxmayın”,  Allah haqqında “əcəb edir” sözləri birmənalı qarşılanmayıb.

Vüsal Məmmədovla eyni əqidədə olanlar bununla razılaşsalar da, əksəriyyət isə onun çıxışını tənqid edib. Hətta baş redaktoru bu fikirlərinə görə, təhqir edənlər də olub.

Xatırladaq ki, Vüsal Məmmədov “facebook” hesabında dinlə əlaqədar tez-tez insanları qıcıqlandıran, onların qəzəblənməsinə səbəb olan statuslar paylaşır. Onun bu cür paylaşımları ciddi müzakirələrə səbəb olur. O, sonuncu dəfə inanclıları təhqir etməkdən belə çəkinməmişdi.

Minval.info