Mətanət Əsədova haqqında yayılan video ilə açıqlama verib.

Minval.info xəbər verir ki, müğənni onun araq içməsi ilə bağlı yayılan video haqqında bunları bildirib:

“Allahıma and olsun ki, o limon suyu idi, məni tanıyan hər kəs bilir təzyiqim olur. Yanımda müğənni Valeh İsrafilov da var idi, o limonu adi suya sıxdı. Vallah, billah mən içkiyə meyilli insan deyiləm. İçki içmirəm hər kəs bilir bunu …

Məclis idi, oturduq ifa etdim. Söyüş olanda belə rica etdim, “ata, mən buradayam” dedim ki, içkili insandı özünü ələ alsın, söyüş söyməsin. Allah bilsin bu işi sifarişli görənlərlə …”.

Minval.info