Ötən il evlənən Ali Sunal və onun azərbaycanlı həyat yoldaşı Nazlı Sunalın  (Qurbanzadə) uşağının cinsiyyəti bəlli olub. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük övladları üçün “Baby show” parti keçiriblər.

Partidə övladlarının qız olduğunu açıqlayıblar: “Gözəl qızım, çox şanslısan. Çünki sənin arxanda dayanacaq mükəmməl ailən var”.

Qeyd edək ki, Ali Sunal, “Şaban” ləqəbi ilə məşhurlaşan Kemal Sunalın, Nazlı Sunal isə Türkiyədə daha çox yuxarı təbəqənin tanıdığı Bülənt Qurbanzadənin qızıdır.

O, 2010-cu ildə hüquq fakültəsini bitirdikdən sonra təhsilini “Paris Summer University”də davam etdirib. Dörd ildir ki, eyni qurumda əməliyyat direktoru olaraq çalışan Nazlı Qurbanzadə “Müasir və Azad Yardımlaşma Dərnəyi”ndə layihələr üzrə dəstəkçidir.