“Suriyada 7 ildir günahsız insanlar öldürülür. Bu günə qədər haradaydınız?”

Minval.İnfo Avropa.info-ya istinadən  xəbər verir ki, bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım ABŞ, İngiltərə və Fransanın Suriyada Əsəd rejimi mövqelərini bombalamasına münasibət bildirərkən deyib.

“Bu günlərdə Suriyada alçaq rejim kimyəvi silahlarla günahsız insanları qətlə yetirdi. Birdən birə dünyanın vicdanı kimi özlərini görən ölkələr səslərini yüksəltdilər. Bəs 7 ildir Suriyada vəhşilik davam edir, bu günə qədər hardaydınız”?